Ötən il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 33 gəmi təmir olunub

100

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ümumilikdə 33 müxtəlif tipli gəmi təmir olunub.

Gəmilərdən 13-ü əsaslı, 12-si tərsanə, 8-i cari təmir edilib. Bunlardan 26-sı ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 5-i Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodun əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir. Bundan başqa, 2017-ci ildən  Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.

ASCO.AZ