ASCO matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib

895

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO) matros və motorçu vəzifələri üzrə vakansiyalar elan edib.

Namizədlər vakansiyalara elektron qaydada 30 dekabr 2022-ci il tarixinədək müraciət etməlidirlər. Bu zaman məlumatlar ətraflı doldurulmalı, tələb olunan bütün sənədlər təqdim edilməlidir.

Qeyd edək ki, işə qəbul zamanı Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin məzunlarına üstünlük veriləcək. 

Vakant yerlərlə bağlı məlumatlarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

Matros:  https://www.asco.az/az/pages/6/65/vacancy/12508

Motorçu: https://www.asco.az/az/pages/6/65/vacancy/12509

asco.az