Kapitan Möhsüm İsayev vəfat edib

703

Uzun illər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışan kapitan Möhsüm İsayev ömrünün 62-ci ilində vəfat edib.

O, 1980-ci ildə Bakı Dəniz Yolları Məktəbinin “gəmi sürücülüyü” ixtisasını bitirb. Elə həmin il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “matros” kimi əmək fəaliyyətinə başlayıb.

Sonralar ayrı-ayrı gəmilərdə müxtəlif vəzifələrdə işləyən Möhsüm İsayev 1994-cü ildə kapitan vəzifəsinə yüksəlib və 2017-ci ilədək kapitan kimi fəaliyyətini davam etdirib.

Ömrünün 36 ilini dənizdə keçirən Möhsüm İsayev həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımızın vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

asco.az