«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» 100 milyon dollarlıq istiqraz buraxır

493

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO) «Bakı Fond Birjası» QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır.

«Report»un əldə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir.

Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri «PAŞA Kapital İnvestisiya Şirkəti» QSC-dir.