Denizçilərin Nəzərinə !

310

Hörmətli dənizçilər!

Bildiyiniz kimi sıravi heyəti təmsil edən Azərbaycan dənizçiləri əsasən ilk işi tapmaqda müəyyən çətinliklərlə üzləşir.

Diqqətinizə çatdırmaq istəyirik ki, IST Services’in Karyera Mərkəzi bu problemin kök səbəblərini araşdırmış və öz imkanları daxilində bu problemin həllində az da olsa dəyərli matros və motorçu qardaşlarımıza iş tapmaq məsələsində onların cv’lərini ön plana çəkəcək təklifini diqqətlərinə çatdırır.

Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, işə götürən gəmi sahibləri sıravi heyətin əsas peşəsi (matros, motorçu) ilə yanaşı digər bacatıqlarının olmasına üstünlük verir. Bunlar əsasən Qaynaq (Welder), Quraşdırıcı-çilingər (Fitter) və Takelajçı (Rigger) bacarıqlarının olmasıdır.

Hörmətli dostlar!

Nəzərinizdə olsun ki, hər zaman keyfiyyətli təlim xidmətləri ilə yadda qalan IST Services bundan sonra sıravi heyət üçün vacib sayılan 5 əsas dənizçilik təlimləri üçün müraciət edən şəxslərə Beynəlxalq akkreditasiyalar ilə təsdiqini tapmış və dünyanın hər yerində tanınan, APOSTİL oluna bilən Qaynaqçı (MIG/MAG/TIG), Quraşdırıcı-çilingər və ya Takelajçı təlimlərindən birini tamamilə ÖDƏNİŞSİZ təklif edir.

Əlavə məlumat üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlayın:

+994125651536;

+994555122252;

+994502777785.

Ünvan: Heydər Əliyev pr.115, Sport Plaza, B blok, 12-ci mərtəbə. (5 saylı ASAN xidmətin yaxınlığı)